Hakan Fidan Merihə görə Almaniya səfirini XİN-ə çağırdı

Hakan Fidan Merihə görə Almaniya səfirini XİN-ə çağırdı
SİYASƏT
15:33 05.07.2024
302
Almaniyanın Türkiyədəki səfiri Yurgen Şuls Xarici İşlər Nazirliyinə çağırılıb. 

AZXEBER.COM xəbər verir ki, bu haqda Türkiyə mediası xəbər yayıb.

Məlumata görə, Türkiyənin Xarici işlər naziri Hakan Fidan səfirlə görüşəcək. 

Buna səbəb Almaniyanın daxili işlər naziri Nensi Feserin UEFA-dan Merih Demiralla bağlı istintaq başlanılmasını istəməsidir. 

UEFA Türkiyə yığmasının üzvü Merih Demiralın Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalının Avstriya millisi ilə matçında "bozqurd” işarəsi göstərməsinə görə araşdırmaya başladıb və futbolçunu 2 oyunluq cəzalandırıb
OXŞAR XƏBƏRLƏR