Hakan Fidan: Qəzzada atəşkəs üçün Çinlə işləməyə davam edəcəyik

Hakan Fidan: Qəzzada atəşkəs üçün Çinlə işləməyə davam edəcəyik
DÜNYA
12:13 04.06.2024
102
Hakan Fidan çinli həmkarı Vanq Yi ilə görüşüb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan çinli həmkarı Vanq Yi ilə görüşdən sonra birgə mətbuat konfransı keçiriblər.
 
Mətbuat konfransında Hakan Fidan açıqlamasında Türkiyə və Çin bir çox sahələrdə yaxşı münasibətlərin öz töhfəsini veridiyini bildirib:

"Çin və Türkiyə Asiyanın iki qədim sivilizasiyasıdır, Asiyanın hərəkətverici mühərrikidir. İkitərəfli əlaqələr prezidentimiz Rəcəb Tayyib Ərdoğan və Çin lideri Xi-nin baxışlarına uyğun olaraq inkişaf edir. Türkiyə və Çin bir çox sahələrdə yaxşı münasibətlər öz töhfəsini verərək qlobal rifah və sabitliyi təmin edəcək."

Çinin Fələstin mövzusundakı həssaslığının sevindirici olduğunu ifadə edən Fidan, "Çinin iki dövlətli həllə verdiyi dəstəyi təqdir edirik. Çinin sülh konfransı çağırışı son dərəcə əhəmiyyətlidir. İsrailə silah və siyasi dəstək verən bəzi ölkələr İsrailin soyqırımına ortaqdır. Biz Qəzzada atəşkəs üçün Çinlə işləməyə davam edəcəyik" deyə nitqini tamamlayıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR