Hakan Fidan: "Regionda sülhün təmin olunması Türkiyə xarici siyasətinin prioritetidir"

SİYASƏT
17:18 16.01.2024
315
Regionda sülhün təmin olunması Türkiyə xarici siyasətinin prioritetidir.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyənin terrorla mübarizəsi də bu kursun əsas tərkib hissəsidir.

H.Fidan söyləyib ki, son terrorçu məhv edilənə qədər Türkiyənin mübarizəsi davam edəcək: "Terrorçular artıq Türkiyə üçün o qədər də ciddi təhdid yaratmırlar. Onlar daha çox Suriya və İraqın təhlükəsizliyinə təhdiddirlər. Terrorçular üçüncü güclərin dəstəyi ilə mövcudluqlarını davam etdirirlər".

Nazir diqqətə çatdırıb ki, terrorla mübarizə uğurla davam edir: "Əməliyyatlar nəticəsində terrorçuların "rəhbərləri" öldürülür".

O əlavə edib ki, PKK ABŞ ilə əməkdaşlıq edərək Suriyanı bölməyə çalışır. Türkiyə Suriyada terror dövlətinin yaradılmasına imkan verməyəcək. Türkiyənin mübarizə apardığı terror təşkilatlarının ortaq cəhəti Qərbdən maliyyələşmələridir.
 
///Report
OXŞAR XƏBƏRLƏR