Hakan Fidan: Rusiya və Ukrayna liderlərini İstanbulda qəbul etməyə hazırıq

Hakan Fidan: Rusiya və Ukrayna liderlərini İstanbulda qəbul etməyə hazırıq
SİYASƏT
12:54 01.11.2025
232
Türkiyə Rusiya və Ukrayna liderlərini İstanbulda qəbul etməyə hazırdır.

AZXEBER.COM APA-nın Türkiyə bürosuna istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Hakan Fidan bildirib.

Onun sözlərinə görə, Rusiya və Ukrayna arasında davamlı atəşkəsin əldə olunması üçün ilk təməl məhz İstanbulda qoyulub.

Hakan Fidan qeyd edib ki, bu danışıqlar nəticəsində əsir mübadiləsi və Taxıl dəhlizi kimi mühüm məsələlərin həlli təmin olunub.

O, Türkiyənin bu dialoqu davam etdirməkdə qətiyyətli olduğunu vurğulayıb, eyni zamanda, Rusiya və Ukrayna liderlərini İstanbulda qəbul etməyə hazır olduqlarını bəyan edib.
OXŞAR XƏBƏRLƏR