Türkiyə xarici işlər naziri Hakan Fidanın rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı baş tutub.
AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə "Haber Global”a Türkiyə XİN-də mənbələrdən bildirilib.
Bildirilib ki, telefon danışığı zamanı iki ölkənin XİN rəhbərləri Ukrayna müharibəsində son vəziyyəti müzakirə ediblər.