Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani ilə telefon danışığı aparıb. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı tərəflər regionda baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparıblar.