Hakan Fidan: Türkiyə Rusiya-Ukrayna müharibəsinin tezliklə sona çatmasını arzulayır

SİYASƏT
15:04 26.02.2025
289
Rəsmi Ankara Rusiya-Ukrayna müharibəsinin tezliklə sona çatmasını arzu edir.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan gürcüstanlı həmkarı ilə keçirdiyi birgə brifinqdə deyib.

H.Fidan deyib ki, Türkiyə müharibənin ilk günlərindən sülh naminə atılan addımları dəstəkləyir:

"Bu gün yenə də eyni mövqedəyik. Prezident Ərdoğanın da dediyi kimi, Türkiyə bu istiqamətdə gələcəkdəki görüşlərə ev sahibliyi etmək də daxil olmaqla sülh səylərinə lazımi dəstəyi verməyə hazırdır".
OXŞAR XƏBƏRLƏR