Prezident Rəcəb Tayyib Ərdoğanın açıqladığı yeni Nazirlər Kabinetində Xarici İşlər Naziri təyin edilən Hakan Fidan özü üçün "Twitter” hesabı açıb.
AZXEBER.COM xəbər verir ki, ilk paylaşımını paylaşan nazirin izləyicilərinin sayı sürətlə artarkən onun cəmi 4 hesabı izləməsi diqqətdən qaçmayıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan yeni açdığı rəsmi "Twitter” hesabında ilk paylaşımında "Xarici siyasət baxışımızı daha da inkişaf etdirəcəyik” mesajını verib.
Fidanın izlədiyi hesablar isə Prezident Rəcəb Tayyib Ərdoğan, Prezident Aparatı, Xarici İşlər Nazirliyinin rəsmi hesabı və bu hesabın ingiliscə versiyası olub.
Ayşən