Hakan Fidan: Yaxın Şərqdə müharibə genişlənə bilər

Hakan Fidan: Yaxın Şərqdə müharibə genişlənə bilər
DÜNYA
01:47 10.05.2025
208
Yaxın Şərqdə müharibə genişlənə bilər.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "24 Tv”yə müsahibəsində deyib.

O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında bir neçə gün əvvəl baş tutan telefon danışığında Yaxın Şərqdə gərginliyin azaldılması məsələsi geniş müzakirə olunub: "Qəzzada aclıqdan, xəstəlikdən ölənlərin sayı getdikcə artır”.

H.Fidan söyləyib ki, bir çox lider Ərdoğandan Tramp üzərindəki təsir imkanlarından istifadə edərək Yaxın Şərqə diqqətin artırılmasın xahiş edir: "Çox ciddi humanitar fəlakətlə üz- üzəyik. Bu, etinasız yanaşa biləcəyimiz məsələ deyil. Laqeyd yanaşsaq, daha böyük eskalasiya riski bizi gözləyə bilər”.
OXŞAR XƏBƏRLƏR