Hakan Fidandan ABŞ-yə İranla bağlı tövsiyə: “Faylları bir-bir bağlayın”

Hakan Fidandan ABŞ-yə İranla bağlı tövsiyə: “Faylları bir-bir bağlayın”
DÜNYA
14:41 28.01.2026
313
 

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-ın İranla münasibətlərində strategiyasına dair tövsiyələrini açıqlayıb.

 

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, o İranla işləri tək-tək həll etmək daha məqsədəuyğundur və prosesə nüvə faylından başlamaq lazımdır deyə bildirib.


Fidan vurğulayıb ki, müharibənin yenidən başlaması səhv olardı və danışıqlarda İranın nüvə məsələsini müzakirəyə açıq olduğunu bildirib. Nazir qeyd edib ki, işləri mərhələli şəkildə aparmaq həm ABŞ, həm də İran üçün prosesin həzm edilməsini asanlaşdırır.


Ekspertlər hesab edirlər ki, Fidanın tövsiyəsi ABŞ-ın regional siyasətində diqqətli və strateji addımların əhəmiyyətini göstərir. Nazir həmçinin İranın bölgədə etimad yaratmasının vacib olduğunu vurğulayıb və regional əməkdaşlıq imkanlarına diqqət çəkib.

 

Gülay

 
OXŞAR XƏBƏRLƏR