Hakan Fidandan İranla bağlı - AÇIQLAMA

Hakan Fidandan İranla bağlı - AÇIQLAMA
DÜNYA
13:54 15.01.2026
316
Türkiyə İranla bağlı hadisələri yaxından izləyir.
 
APA xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan mətbuat konfransında bildirib. O qeyd edib ki, Türkiyə İrana qarşı hərbi gücdən istifadə ssenarisinə tərəfdar deyil. "İranın beynəlxalq aktorlarla problemlərini həll etməsi və qeyri-stabilliyə gətirib çıxaracaq hadisələrin baş verməməsi Türkiyənin xeyrinədir”, - Hakan Fidan deyib.
 
Türkiyəli nazir ABŞ və İran arasında problemlərin ya birbaşa, ya da vasitəçilərin iştirakı ilə dialoq vasitəsilə həll olunacağına ümid etdiyini vurğulayıb.
OXŞAR XƏBƏRLƏR