Keçmiş futbolçu Hakan Şükür parlament seçkiləri üçün namizədliyini verib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hakan Şükür 7 iyun 2015-ci ildə Türkiyə Böyük Millət Məclisinə (TBMM) keçiriləcək seçkilərə İstanbul 3-cü dairədən müstəqil namizəd kimi qatılacaq.
2013-cü ildə hakim Ədalət və İnkişaf Partiyasından (AK Parti) çıxan H.Şükür bu seçkilərdə heç bir partiyaya qoşulmayaraq müstəqil millət vəkili kimi fəaliyyətini davam etdirmək istəyir.
Məlumat üçün bildirək ki, sabiq futbolçu 2011-ci ildə İstanbul 3-cü dairədən millət vəkili seçilib.