Haker hücumuna görə Putinin çıxışı 1 saatlıq təxirə salınıb

Haker hücumuna görə Putinin çıxışı 1 saatlıq təxirə salınıb
DÜNYA
20:21 17.06.2022
317
Rusiya Prezidenti Vladimir Putinin Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunda çıxışı bir saatlıq təxirə salınıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov bunun Forumun akkreditasiya sistemlərinə güclü DoS hücumları səbəbindən atıldığını bildirib.

Onun sözlərinə görə, Putinin forumun plenar iclasındakı çıxışı yerli vaxtla saat 15:00-a keçirilib.

"Bu vaxta qədər Forumun plenar iclasına girişlə bağlı problemlər aradan qaldırılacaq və iclasda iştirak etməli olan hər kəs iştirak edə biləcək”, - Kremlin sözçüsü vurğulayıb.
OXŞAR XƏBƏRLƏR