Hakerlərin əsas müştəriləri ərlərini güdən qadınlardır - Onları həbs gözləyir

Hakerlərin əsas müştəriləri ərlərini güdən qadınlardır - Onları həbs gözləyir
SOSİAL
11:25 03.06.2022
377
Sosial şəbəkələrin əsas problemlərindən biri kibercinayətkarlıqdır. Dəfələrlə kibercinayətkarlıqla (hakerlik) məşğul olan şəxslərin "müştəri”lərini aldatmaları və buna görə də saxlanılmaları barədə məlumatlara rast gəlmişik. Elə bir neçə gün əvvəl də "Whatsapp” yazışmalarını ələ keçirmək vədi ilə 394 nəfəri aldadan 22 yaşlı oğlan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanıldı.

Bəs görək, hakerlərə ən çox kimlər və nə üçün müraciət edirlər?

Sualı kibertəhlükəsizlik mütəxəssisi Elman Mütəllim cavablandırıb. O, Lent.az-a açıqlamasında sosial şəbəkədə belə xidmət təklif edənlərin fırıldaqçılar olduqlarını qeyd edib:

"Ümumilikdə hakerlik fəaliyyəti kibercinayətkarlıqdır və qanunla qadağandır. Bu xidməti göstərənlər də hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülür və saxlanılırlar. Onlara əsasən "Instagram” hesablarının sındırılması, mesajların oxunması və s. kimi müraciətlər edilir. Amma əksər hallarda müraciət edənlər aldadılırlar.

Belə ki, kibercinayətkarlıqla məşğul olanlar müştərilərindən təqdim etdikləri kart hesabına pul göndərmələrini istəyirlər. Pul göndərildikdən sonra isə yoxa çıxırlar. Çünki onsuz da, Azərbaycanda bu xidmət aktiv deyil və qanunsuzdur. Hətta bunu bacaran şəxslər varsa da, qanunazid olduğu üçün belə xidmət göstərmirlər. Əgər sosial şəbəkələrdə rastınıza belə elanlar və hakerlik xidməti göstərənlər çıxsa, bilin ki, fırıldaqçılardır. Çox təəssüf ki, ən çox müraciət edənlər - həyat yoldaşlarının şifrələrini ələ keçirmək istəyən xanımlardır”.

Hüquqşünas Şamil Paşayev də hakerlərin və onların müştərilərinin cinayət məsuliyyəti daşıdıqlarını dilə gətirib:

"Şəxsi, yaxud ailəvi məlumatların, video, foto və s. görüntülərin yayılması, satılması Cinayət Məcəlləsinin 156-cı maddəsi ilə məsuliyyətə səbəb olur. Həmçinin şəxsin kompüterinə daxil olaraq, onun məlumatlarını götürmək də kibercinayətkarlıq hesab edilir. Konkret olaraq, hakerlik edənlər bu məcəllənin 156 və 271-ci maddələri ilə məsuliyyətə cəlb olunurlar. Onlara müraciət edərək xidmət tələb edənlər də Cinayət Məcəlləsinin 32.4-cü maddəsi ilə təqsirli bilinirlər. Həmin maddəyə görə, hədə-qorxu gəlmək, ələ almaq, sövdələşmək və s. üsullarla başqa şəxsi də cinayət əməlinə vadar edənlər təhrikçi sayılırlar. Müştərilər bu maddədə göstərilən hallarla başqasının şəxsi məlumatlarını ələ keçirmək istədikləri halda həmçinin 156 və 271-ci maddələrlə cinayət məsuliyyətinə cəlb olunurlar”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
23:04 14.03.2026
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi