‘Hakim bey’ azərbaycanlı çıxdı - VİDEO

MAQAZİN
14:31 23.07.2013
1877

Xəbər verdiyimiz kimi, iyul ayının 27-də türkiyəli sənətçi Mehmet Erdem ("Hakim bey") Bakıda konsert proqramı ilə çıxış edəcək.

Konsertin baş meneceri İlhan Özbay açıqlamasında, Mehmet Erdemin Azərbaycan əsilli olduğunu deyib: “Türkiyədə Mehmet Erdemlə görüşdüm. Onun üçün Azərbaycanı görmək çox maraqlıdır. Hətta konsertə üç gün qalmış Bakıya gələcək ki, buranı yaxşı-yaxşı gəzsin. Onu da deyim ki, Mehmet Erdem əslən Azərbaycan əsillidir”.

Məlumat üçün bildirək ki, baş menecerliyini teleaparıcı İlhan Özbay və təşkilatçılığını Nuri Yaradılmışın etdiyi "Mehmet Erdem konserti"nin sponsorları “Arnica” və “Arçelik” holdinqidir.

İyulun 27-si, axşam saat 22.00-da paytaxtda yerləşən “Otto EFES pub ” istirahət mərkəzində keçiriləcək konsertə biletin qiyməti 30 AZN-dir.

Bilet əldə etmək istəyənlər 055 518 10 71; 070 585 01 55 mobil nömrələrinə zəng edə bilərlər. (qafqazinfo.az)

OXŞAR XƏBƏRLƏR