Uruqvay çempionatında “Uonderers” və “Xuventud” komandaları arasında keçirilmiş oyunda baş hakim Leodan Qonsales 17 qırmızı vərəqə göstərib.AZXEBER.COM-un məlumatına görə, görüşün əsas vaxtında cəmi 1 oyunçu qovulub.İlk yarının sonlarında referi “Uonderers”in yarımmüdafiəçisi Dieqo de Souzaya sərt üzünü göstərib. Final fitindən sonra komandaların hərəyə 8 futbolçusu qırmızı vərəqə alıb. Səbəb matçın axırlarında baş verən kütləvi davadır. Oyunçular bir-birilərini yumruq və təpiklərlə vurublar. Ardından toqquşmalar tribunalara keçib.“Xuventud”un prezidenti Yamandu Kosta komandanın davada iştirak edən bütün futbolçularını cəzalandıracaqlarını bildirib. “Uonderers”in vitse-prezidenti Qaston İnda insidentdən təəssüfləndiyini deməklə kifayətlənib.Qeyd edək ki, matç 3:3 hesablı heç-heçə ilə nəticələnib.