Hakim partiyanın funksioneri öldürüldü

DÜNYA
10:55 17.05.2012
1917
Türkiyədə AKP (Hakim Ədalət və İnkişaf Partiyası) Şırnak şəhər nümayəndəliyinin sədr müavini Əli Qılınc silahlı hücuma məruz qalıb. Hücum nəticəsində ağır yaralanaraq Şırnak dövlət xəstəxanasına çatdırılan 48 yaşlı Qılıncın həyatını xilas etmək mümkün olmayıb. Hadisə barədə məlumat verən AKP şəhər təşkilatının sədri Rizgin Birlik hadisənin Əli Qılıncın evinin qarşısında baş verdiyini deyib.
“Məncə Əli Qılıncın düşməni yox idi. Bu hadisəni törədənləri pisləyirəm. Qətlin siyasi səbəblərlə olduğunu hesab etmirəm. Hadisəni törədənlərin tez yaxalanmasını və cinayətin aydınladılmasını təmənna edirəm” – deyə sədr Birlik bildirib.

OXŞAR XƏBƏRLƏR