21:52 Cümə Axşamı, 05 Dekabr 2019
SOSİAL

Hakimlərə 10 min manat maaş verilsin - DEPUTATDAN TƏKLİF

13:17, 19.11.20196303
Hakimlərə 10 min manat maaş verilsin - DEPUTATDAN TƏKLİF
Hakimlərin iqtisadi müstəqilliyi məsələsinə də yenidən baxmalıyıq. Əgər hakimin evi yoxdursa, evlə təmin olunmalı, xidməti avtomobil verilməlidir. Hakimlər ən azı 10 min manat maaş almalıdır.

Bunu Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev deyib. 

O bildirib ki, hazırda Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Apellyasiya Məhkəməsinin hakimləri parlamentin razılığı ilə Prezident tərəfindən təyin edilir. 

"Prezidentin qərarı ilə hakimliyə təyin olunan şəxslər Məhkəmə-Hüquq Şurası tərəfindən necə vəzifədən uzaqlaşdıra bilər? Hazırda Məhkəmə-Hüquq Şurası tərəfindən hakimləri intizamsızlığa görə işdən çıxarmaq daha asandır, nəinki cinayət törətdikdə. Hakimlər ya 70 yaşına qədər, ya da ömürlük təyin olunmalıdır”. 
 
///Oxu.Az
XƏBƏR LENTİ