"Həyatda ağır günlərim çox olub. Bildikləriniz bunun sadəcə bir faizidir. Gülüb-danışıram deyə, deyirlər bəxdəvərdir".
AZXEBER.COM xəbər verir ki, bu sözləri müğənni Aysun İsmayılova deyib.
"Rəngarəng" verilişində doğum gününü qeyd edən Aysun kövrək anlar yaşayıb:
"Həyatda ağır günlərim çox olub. Bildikləriniz bunun sadəcə bir faizidir. Gülüb-danışıram deyə, deyirlər bəxdəvərdir. Mən dərdini danışan insan deyiləm. Ailəm belə problemlərimi heç vaxt bilməyib. Bu gün nəyim varsa hər şeyi özüm qazanmışam. Nə ailəmdən, nə ərdən, nə sevgilimdən heç nə güdməmişəm. Xalqım çox sağ olsun, onların sevgisi ilə qazanmışam hər şeyi. Bu gün halal pul qazanıb, tək övlad böyüdən yeganə qadın müğənnilərdənəm. ".








































