Halil Sezai 67 yaşlı kişini döydü - VİDEOSU YAYILDI

MAQAZİN
16:04 16.09.2020
793

Türkiyəli məşhur müğənni və aktyor Halil Sezainin 67 yaşlı adamı döydüyü anın görüntüləri yayılıb. 

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni Halil Sezai 67 yaşlı kişini döydüyü üçün polis məntəqəsinə aparılıb. Araşdırma zamanı mübahisənin nə səbəbdən yarandığı məlum olub.

Film çəkilişi üçün villa icarəyə götürən müğənni sitedə yaşayan Hüseyn Meriç və Mesih Meriçi razı sala bilməyib. Müğənni və digər ev sahibləri arasında bu səbəbdən anlaşılmazlıq və mübahisə yaranıb.

 

Dünən saat 10:00 radələrində Halil Sezai və dostları Hüseyn Meriçin yaşadığı evin qarşısına gələrək ona hədə-qorxu gəliblər. Mübahisə böyüdükdən sonra müğənni 67 yaşlı kişini döyərək ərazidən uzaqlaşıb. Yaşlı kişinin şikayətindən sonra polis axşam saatlarında Halil Sezaini Kadıköydəki evində yaxalayaraq polis bölməsinə gətirib. Müğənninin ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. 

 

Mələk Cabbar


OXŞAR XƏBƏRLƏR