Halil Sezai 'yubka' geyindi? - VİDEO

Halil Sezai
11:50 18.03.2013
2420
“Kral Pop Müzik” mükafat vermə mərasimi zamanı mükafat alan Halil Sezainin geyimi qalmaqala səbəb olub. AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, artıq xeyli vaxt keçməsinə baxmayaraq bu söz-söhbətlər səngimir. Sənətçinin “yubka”ya bənzər geyimi “yubka” olmadığı məlum olub.Halil Sezai, əynindən çıxartmadığı və hər kəsin ətək-şalvar hesab etdiyi aikido ilə məşğul olanlara məxsus olan geyimin 'hakama' olduğu məlum olub. Uzaq şərq idman növləriylə məşğul olanların geyindiyi hakamanı tanınmış aktyor Steven Seagal və yazıçı Hakan Karahan da geyinib.HAKAMA nədir? Hakama; ortası bitişik şalvar yaponların ənənəvi geyimi olub, Aikido'da sempailər və senseylər tərəfindən məşqlərdə və yarışlarda geyinilir. Yüksək nəticəli tələbələrə qəhvəyi rəngdə hakam verilir. Hakama, 5 önə 2 arxaya olmaqla 7 qatlamaya sahibdir və hər bir qatlamanın öz mənası var.Qeyd edək ki, Halil Sezai 27 Aprel Bakıda Elit Ticarət və Əyləncə Mərkəzinin 5-ci mərtəbəsində “Sound Factory Arena”da 2000 nəfərlik konsert proqramı ilə çıxış edəcək.Konsertin informasiya dəstəyi AZXEBER.COM portalı, Avropa.az radiosudur. Təşkilati dəstək Metropark Ticərət və Əyləncə Mərkəzidir.Konsertin təşkilatçısı Samir Xattab ,layihənin rəhbəri isə Elşən Səfərsoydur.Biletlər üçün əlaqə telefonu : 077 360 70 50
OXŞAR XƏBƏRLƏR