Halit Ergenç teatr səhnəsinə qayıdır

Halit Ergenç teatr səhnəsinə qayıdır
MAQAZİN
12:50 23.02.2026
311
Unudulmaz rolların ifaçısı, türkiyəli aktyor Halit Ergenç teatr səhnəsinə qayıdır.
 
AZXEBER.COM xəbər verir ki, bu haqda o özü məlumat verib.
 
Aktyor "Satıcının ölümü" adlı tamaşada rol alacaq.

Həmkarları Fatih Artman və Zerrin Tekindor da onunla bir səhnəni bölüşəcək.
 
Qeyd edək ki, Artur Millerin "Satıcının ölümü" əsəri, ömrünü uğur və hörmət arzusu ilə işləməyə həsr edən adi bir insan olan Villi Lomanın məğlubiyyətindən bəhs edir. 
 
Aysel
OXŞAR XƏBƏRLƏR