Cənubi Koreyanın paytaxtı Seulda keçirilən "Halloween” şənliyi zamanı yaranan izdihamın hadisə şahidləri yaşadıqları dəhşətli anları danışıblar.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, Cənubi Koreyada baş verən izdihamda K-pop ifaçısı və aktyor Li Ci Han da vəfat edib.
Qeyd edək ki, Cənubi Koreyanın paytaxtı Seulun mərkəzində "Halloween” bayramı zamanı baş verən izdiham nəticəsində ölənlərin sayı 154-ə çatıb, 133 nəfər isə yaralanıb.
Ayşən