Hamamda başqa kişi ilə telefonla danışan arvadını bıçaqlayan ər: "Mənim yerimdə kim olsa eyni şeyi edərdi"

Hamamda başqa kişi ilə telefonla danışan arvadını bıçaqlayan ər: "Mənim yerimdə kim olsa eyni şeyi edərdi"
HADİSƏ
14:57 17.12.2017
16919

Arvadını mobil telefon işlətdiyi və başqa şəxslə danışdığı üçün bıçaqlayan şəxsin şikayəti qismən təmin edilib. Onun cəzası azaldılıb.

Arvadını bıçaqlamaqda təqsirləndirilən Anar Mustafayev yenidən hakim qarşısına çıxarılıb. A.Mustafayevə qarşı Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilən A.Mustafayev apellyasiya şikayəti verib. Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Nazim Mövsümovun sədrliyi ilə baxılıb.

İttihama əsasən A.Mustafayev 1986-cı il təvəllüdlü arvadı Tünzalə Mustafayevaya mobil telefondan istifadə etməsinə icazə vermədiyi halda, sonuncunun kənar şəxsdən telefon aldığından şübhələnib və kirayədə yaşadıqları evin hamamında telefonla danışdığını görüb.

Telefonu onun əlindən alıb və kiminlə danışdığını soruşub. Tünzalə Mustafayeva iş yoldaşı ilə danışıb, sabah işin olub-olmayacağını soruşduğunu deyib. Amma Anar Mustafayev buna inanmayıb və telefonu Tünzalənin əlindən alıb. Onun telefonda tanımadığı kişi ilə danışdığını bilib və onu hədələyib.

Tünzalə Mustafayeva qorxaraq 11 yaşlı qızı ilə qonşuluqdakı ev sahibinin yanına qaçıb. Həmin gecə oradanda azyaşlı qızı ilə naməlum istiqamətə gedib. Anar Mustafayev isə 14 və 10 yaşlı oğlanlarını götürərək Şamaxı rayonuna gedib.

Daha sonra arvadının fəhlə işlədiyi Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən kərpic sexində olduğunu öyrənib və oraya gedib.

İttihama görə, A.Mustafayev qısqanclıq zəminində arvadını qəsdən öldürmək qərarına gəlib və sexə yollanıb. A.Mustafayev azyaşlı qızını otaqdan çıxardıqdan sonra arvadına bir neçə bıçaq vurub. Səsə gələn fəhlələr A.Mustafayevi otaqdan çıxarıb və yaralı xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub. Daha sonra qızını götürərək polis bölməsinə gedib və təslim olub.

A.Mustafayev apellyasiya şikayətində törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, himayəsində üç azyaşlı uşağının olmasını və ailəsində yeganə qazanc gətirən şəxs olmasının nəzərə alınmasını və ona daha yüngül cəza təyin edilməsini xahiş edib.

A.Mustafayev özünü qismən təqsirli bilib və söyləyib ki, arvadını öldürmək niyyəti olmayıb. Əgər bu məqsədi olsa idi, arvadını bir saniyənin içərisində öldürə bilərmiş.

Anar Mustafayev deyib ki, ailədə baş verən söz-söhbətlərə arvadının telefon işlətməsi səbəb olub: "Mən fəhləlik edib ailəmi saxlamışam. Son vaxtlarda səyyar ticarətlə məşğul olurdum. Ailə dolanışığımız çətin olduğu üçün Tünzalə də işləməyə başladı. Uşaqları səhər məktəbə aparıb, mən də işə gedirdim. Tünzalə də sexdə işləyirdi. Sonra Tünzalənin telefon işlətdiyini bildim. Bizdə nəsillikcə belə şey olmayıb. Mən istəsəydim, ona telefon alardım. Bir gün səhər Tünzalə işə gedəndə gördüm ki, dayanacaqda telefonla danışır. Mən çatmaq istəyəndə işin maşınına minib getdi. Axşam evə gəldim. Gizli şəkildə hamamda telefonla danışdığını eşitdim. Gedib soruşdum ki, danışdığın kimdir? Birinci dedi ki, iş yoldaşım Günaydır. Mən kişi səsi eşitmişdim. Sonra da dedi ki, "Günayın əridir, telefonu o, açıb”. Telefonu əlindən alıb, zənglərə baxdım, mesajları gördüm. Bunlar istintaq materiallarında da var. Sonra qızımı evdən götürüb qaçdı”.

A.Mustafayev ifadəsinin davamında bildirib ki, bir müddət arvadından və qızından xəbər tuta bilməyib: "Tünzalənin atasına zəng edib olanları dedim. Onu axtarmağa başladım. Mən ailəmi dağıtmaq istəyən adam olmamışam. Üç uşaq atasıyam. Əgər ailəmi dağıtmaq istəsəydim, ya ailə qurmazdım, ya da bunu çoxdan edərdim. Hər kəsdən, bütün qohumlardan Tünzaləni soraqlaşdım. Amma tapa bilmədim. Bir müddət işinə getdim, tanışlardan soruşmaqla axtarmağa davam elədim. Bir gün xəbər tutdum ki, Tünzalə işlədiyi sexə qayıdıb. Onu görmək üçün sexə getdim. Evdən çıxanda da cibimə bıçaq qoydum”.

Heç bir kişinin bu xəyanəti bağışlamadığını deyən A.Mustafayev arvadını öldürmək məqsədi ilə sexə getmədiyini deyib və cibinə bıçaq qoymasının səbəbini belə izah edib: "Cibimə bıçaq qoydum ki, birdən orda üstümə təcavüz edərlər. Tünzaləni nə öldürmək, nə də vurmaq fikrim var idi. Həm də qızım da orada idi. Onun yanında bunu etməzdim”.

A.Mustafayev hadisələrin bu şəkildə baş verməsində arvadının günahı olduğunu deyib: "Mən Tünzalənin yanına çatanda elədiklərinin izahını soruşdum. Mənə dedi ki, "Taleh məni alıb, saxlayacaq. Özünə arvad edəcək”. Bu sözlərdən sonra beynim çöndü, özümü idarə edə bilmədim. Cibimdən bıçağı çıxarıb onu vurdum. Öldürmək fikrim yox idi. Sadəcə qorxutdum. Əgər onu öldürmək istəsəydim, elə hamamda ilk dəfə tutanda bir saniyənin içində boğub öldürərdim. Bıçaqla vuranda da məni heç kim sakitləşdirmədi. Özüm ondan əl çəkdim. Belə niyyətim olsa idi, sona qədər işimi tamamlayardım”.

Məhkəmə tərəfləri dinlədikdən sonra A.Mustafayevin cəzasını 9 il 6 aydan 7 il 10 aya endirib.

musavat.com
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Fənərbağça" səfərdə rəqibini darmadağın etdi
19:16 08.11.2026
"Fənərbağça" səfərdə rəqibini darmadağın etdi
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:07 08.11.2026
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
18:55 08.11.2026
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
18:43 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
18:41 08.11.2026
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər