HAMAS ABŞ-ın Qəzza ilə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib

HAMAS ABŞ-ın Qəzza ilə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib
DÜNYA
20:11 31.05.2025
1105
HAMAS ABŞ Prezidentinin nümayəndəsi Stiv Uittkoffun Qəzza zolağında atəşkəslə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib.

Bu barədə HAMAS-ın bəyanatında qeyd edilib.

Bildirilib ki, HAMAS 10 girovu azad etməyə və 18 cəsədi təhvil verməyə razılaşıb.

"Məsləhətləşmələrdən sonra biz bu gün ABŞ nümayəndəsi Stiv Uitkoffun təklifinə öz cavabımızı təqdim etdik. Biz davamlı atəşkəs, Qəzza zolağından hərtərəfli geri çəkilmə daxil olmaqla, cavabımızı təqdim etdik”, - qeyd edilib.

Məlumata əsasən, razılaşdırılmış sayda fələstinli məhbus müqabilində 10 sağ girov azad ediləcək və 18 cəsəd təhvil veriləcək.
 
/APA

OXŞAR XƏBƏRLƏR