HAMAS-ın hücumu nəticəsində ölən israillilərin sayı 1300-ə çatıb

HAMAS-ın hücumu nəticəsində ölən israillilərin sayı 1300-ə çatıb
DÜNYA
11:34 12.10.2023
150
HAMAS-ın İsrailə hücumu nəticəsində ölən israillilərin sayı 1300 nəfərə çatıb.

Bu barədə "The Times of İsrael” nəşri yazıb.

Qeyd edək ki, 7 oktyabrda səhər saatlarından etibarən Qəzza zolağından İsrailin cənub və mərkəzi bölgələrinə raket zərbələri endirilib. HAMAS döyüşçüləri yük maşınları və paraplanlarla Qəzza zolağından İsrail ərazisinə daxil olublar.

Buna cavab olaraq İsrail ordusu "Dəmir Qılınclar” hərbi əməliyyatına başladığını elan edib və bunun ardınca ölkə rəhbərliyi müharibə vəziyyətini rəsmən bəyan edib.
OXŞAR XƏBƏRLƏR