HAMAS İsraillə əməkdaşlıqda ittiham olunan Qəzza sakinini edam edib.
Bu barədə HAMAS bəyanat yayıb.
Bəyanatda bildirilir ki, M.M. adlı şəxs İsraillə əməkdaşlıq edib və təşkilatın bir neçə yüksək rütbəli rəhbərinin, o cümlədən may ayında HAMAS-ın hərbi qanadının rəhbəri İzzəddin Həddadın öldürülməsinə kömək göstərib.











































