“Hamburger” və “dondurma” sözlərini qadağan etdi

“Hamburger” və “dondurma” sözlərini qadağan etdi
DÜNYA
16:57 13.09.2025
199
Şimali Koreya lideri Kim Çen İn ölkədə "çox Qərb mənşəli” hesab olunan sözlərin istifadəsinə qadağa qoyulması barədə göstəriş verib.

AZXEBER.COM Modern.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı "The Sun" yayıb.

Məlumata görə, Vonson kurortunda Rusiya və Çin turistləri ilə işləyən bələdçilərə Qərbdən və Cənubi Koreyadan gələn ingiliscə terminlərdən istifadə etməmək tapşırılıb.

Bununla bağlı bir sıra məşhur ifadələrə alternativ adlar təklif edilib. Məsələn, "hamburger” bundan sonra "dajin-gogi gyeopppang", yəni "çörək arası ət” kimi təqdim olunacaq, "dondurma” "eseukimo" adlandırılacaq, "karaoke" aparatları isə "ekran müşayiəti maşınları” kimi tanıdılacaq.

Daha əvvəl KXDR-ə səfər etmiş rusiyalı turistlər bildiriblər ki, təyyarədə onlara "Kim Çen İn reseptli burger” təqdim olunub və bu yemək "milli nailiyyət” kimi qələmə verilib.
OXŞAR XƏBƏRLƏR