Avropada olan at əti qalmaqalından sonra Cənubi Afrikada hamburgerlərdə insan ətinin aşkarlanması ciddi narahatlığa səbəb olub.
AZXEBER.COM-un Türkiyənin “Milliyet” qəzetinə istinadən verdiyi xəbərə görə, ət məhsullarında insan DNT-sinin tapılması Cənubi Afrikada böyük səs-küyə səbəb olub.Cənubi Afrikanın Stellenbos Universitetinin apardığı araşdırmada qırmızı ət və ət məhsullarında uzunqulaq, keçi, bizon kimi heyvan ətlərinin izləri tapılıb. Toplanan 139 ət məhsulunun 68%-də başqa heyvanların ətlərinə rast gəlinib. “Food Control” jurnalının apardığı araşdırma nəticəsində isə bəzi nümunələrdə insan DNT-sinə rast gəlindiyi bildirilib.Digər bir məlumata görə isə, Cənubi Afrikanın kənd təsərrüfatı nazirinin müavini Botl Modiseyn verdiyi açıqlamada, insan DNT-sinin aşkarlanmasının heç də insan ətindən istifadə edildiyi anlamına gəlmədiyini və istənilən ətdə insan DNT-sinə rast gəlməyin mümkün olduğunu bildirib.