“Hamı sevincdən dəli olub” – Kosovolu futbolçu

“Hamı sevincdən dəli olub” – Kosovolu futbolçu
İDMAN
14:34 26.11.2018
2992

"Bütün komanda eyforiyaya qapılıb. Burda hamı sevincdən dəli olub”.

AZXEBER.COM xəbər verir ki, bunu Kosovo millisinin yarımmüdafiəçisi Besar Halimi deyib.

Millətlər Liqasında D Liqasının III qrupunun son görüşündə Azərbaycan üzərində 4:0 hesablı qələbə qazanan Kosovo birinci yerlə pley-offa adlayıb.

Final yolunda Makedoniya ilə qarşılaşacaq kosovolular indi zəfər sevinci yaşayırlar. Halimi yerli mətbuata açıqlamasında pley-offa hələ çox vaxtın olduğunu söyləyib: "Pley-off mərhələsindən öncə Avropa çempionatının seçmə mərhələ oyunları olacaq. Bizim məqsədimiz burda da uğurlu çıxış etməkdi. Hazırda isə yalnız qələbənin sevincini yaşamaqla məşğuluq. Çünki həm AÇ-nin seçmə mərhələsinə, həm də Millətlər Liqasının pley-offuna hazırlaşmaq üçün vaxtımız olacaq”

OXŞAR XƏBƏRLƏR