"Hamı Ukraynaya nəsihət verir" - Ərdoğan Qərbə səsləndi

"Hamı Ukraynaya nəsihət verir" - Ərdoğan Qərbə səsləndi
MANŞET
15:22 25.02.2022
906
Türkiyə prezidenti R.T. Ərdoğan Avropa Birliyinin Ukrayna üçün yalnız nəsihət verdiyini bildirib.

AZXEBER.COM xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti jurnalistlərin suallarını cavablandırarkən deyib:

"Avropa Birliyi və Qərb təəssüf ki, qərarlı olmadılar. Onlar Ukrayna üçün çoxlu nəsihət veriblər. Hamı nəsihət verir. Atdıqları addım yoxdur. NATO qərarlı bir addım atmalı idi. Mən bu gün NATO-nun iclasında onlara "nə iş görmüsünüz?” sualını verəcəyəm. Bu işlər nəsihət verməklə olmur”.

Aydın
OXŞAR XƏBƏRLƏR