Bakıda hamilə arvadını döyən və təcavüz edən kişinin məhkəməsi keçirilib.
Təqsirləndirilən şəxs Zabrat sakini olan Rüfət Mehdiyev məhkəmədə həyat yoldaşı Xırdalan sakini olan 27 yaşlı Aliyə Mansurovanı döymədiyini bildirib. O deyib ki, Aliyə Mansurova özü-özünə zərbələr endirib. Rüfət Mehdiyev məhkəmədə həyat yoldaşı və ailəsini təqsirləndirərək bunları deyib:
“Mən məscidə getdim. O zaman Aliyə evdə tək idi. Qayıdanda gördüm ki, onu döyüblər. Mən onu döyməmişəm, həyat yoldaşım özü-özünü döyüb”.
Amma sonradan Rüfət Mehdiyev Aliyə Mansurovanı döydüyünü etiraf edib. Növbəti məhkəmə prosesi mayın 13-də keçiriləcək.
Qeyd edək ki, Aliyə Mansurova 2015-ci ilin iyulunda həyat yoldaşı Rüfət Mehdiyev tərəfindən vəhşicəsinə döyülüb. O zaman Aliyə Mansurova hamilə olub.
///BiG.AZ