Türkiyənin tanınmış iş adamı Can Ateş dünən Atatürk hava limanında görülüb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Münhendən gəldiyi iddia edilən Can Ateş jurnalistlərin “Məryəmi gördünüzmü””sualına “Almaniyaya getmədim.Bir görüşmə də yoxdur”cavabını verib.
Qeyd edək ki, Möhtəşəm Yüzyil serialının keçmiş Hürrem Sultanı Meryem Üzerli sevgilisi Can Ateşdən 20 iyulda ayrılmışdı. Ayrılığa səbəb isə Meryemin hamilə olması idi.Uşağın dünyaya gəlməsini istəməyən Can Ateş uşağı tələf etdirməyi istəmiş Məryəm isə bunu qəbul etməmişdi.