Hamilə qadın faciəvi şəkildə öldü

Hamilə qadın faciəvi şəkildə öldü
DÜNYA
12:07 06.03.2025
201
Paltar asarkən 4-cü mərtəbədən yıxılan 28 həftəlik hamilə qadın xəstəxanada dünyasını dəyişib.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyənin Sakarya bölgəsində baş verib.
 
Ankara küçəsində baş verən hadisədə 28 həftəlik hamilə olan xarici vətəndaş Aedah Habeeb Abed (20 yaş) paltarları asarkən müvazinətini itirərək 4-cü mərtəbədən yıxılıb.
 
Xəbər verildikdən sonra əraziyə təcili yardım və polis qrupları sövq edilib. Hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra ağır bədən xəsarətləri alan hamilə qadın xəstəxanaya göndərilib.
 
Abed və bətnində olan 28 həftəlik körpəni bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb və həyatını itirib.
 
Oksana
OXŞAR XƏBƏRLƏR