Hamilə qadın qatarda uşaq dünyaya gətirdi

Hamilə qadın qatarda uşaq dünyaya gətirdi
DÜNYA
00:11 31.01.2023
448
Hamilə qadın sürət qatarında səyahət edərkən uşaq dünyaya gətirib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hadisə Fransada Paris-Strasburq sürət qatarında olub.

Səyahət edən qadının anidən doğum sancıları başlayıb. Bu səbəbdən sürət qatarı Lotaringiya stansiyasında 80 dəqiqə saxlanılıb.

Sürətli qatarda dünyaya göz açan körpə və ana daha sonra xəstəxanaya aparılıb. Onların hər ikisinin səhhətinin yaxşı olduğu və körpəyə Feliks adının qoyulduğu bildirilib.

Aydın 
OXŞAR XƏBƏRLƏR