Bir kişi küçənin ortasında hamilə qadını döyüb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə qadın zorakılığının ardı-arası kəsilməyən Türkiyənin İstanbul şəhərində baş verib.
İddiaya görə, hamilə olduğu müəyyən edilən qadın yanındakı şəxs ilə küçənin ortasında mübahisə edib.
Mübahisə böyüyüb və şübhəli şəxs ilk olaraq əlindəki paltarla yerdə oturan qadının üzünə vurub. Daha sonra qadına sillə vurmağa başlayıb.
Səsləri eşidən sakinlər hücum edənə xəbərdarlıq edərək polisə müraciət edəcəklərini bildiriblər. Xəbərdarlıqlara məhəl qoymayan şəxs qadına qarşı zorakılıqlarını davam etdirib.
Həmin anlar ətrafdakı insanların mobil telefon kameralarına əks olunub. Kadrlarda vurulan qadının "mənə yaxınlaşma” və "mən sənə görə hamilə qaldım” dediyi eşidilib.
Xəbər üzərinə polis qrupları hadisə yerinə gəliblər.
Həmin anların görüntüsünü təqdim edirik:
Oksana