Türkiyədə 42 qadın üçəm dünyaya gətirib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Dənizli bölgəsində uşaq həsrəti çəkən Songül Kelişti adlı qadın üçəm dünyaya gətirib.
O, müayinədən keçmək üçün özəl xəstəxanaya gedib. Yoxlanıldıqdan sonra onun üçəmlərinin olduğu ortaya çıxıb.
Həm yaşı, həm də üçəm körpə olması səbəbindən vaxtından əvvəl doğuş riski ilə üzləşən xəstə hər şeyə rəğmən çətin prosesləri geridə qoyub və doğuş edib.
O, ilk hamiləliyində iki sağlam qız və bir oğlan üçəm dünyaya gətirib. Riskli günləri qətiyyətlə geridə qoyan Kelişti ilk dəfə ana olmaq xoşbəxtliyinə 42 yaşında çatıb.
Aydın