Hamiləliyinin 6-cı ayında olan toy müğənnisi səhnədə öldürülüb.
AZXEBER.COM Milli.Az-a istinadla xəbər verir ki, Pakistanın Larkana şəhərində toyda çıxış edən müğənni Samina Samoon mahnı oxuyarkən güllələnib.
Xəstəxanaya çatdırılan Saminanın həyatını xilas etmək mümkün olmayıb.
24 yaşlı müğənni toyun əvvəlindən axırına kimi ayaq üstə durmaqdan imtina etdiyinə görə öldürülüb.
Onu öldürən şəxsin adı Tarique Ahmeddir. O, hadisədən sonra saxlanılıb.
Müğənninin əri hadisəyə görə məyus olub. O, xanımının 6 aylıq hamilə olduğunu söyləyib.
"Xanımım 6 aylıq hamilə olduğuna görə toyun axırına qədər ayaq üstə dayana bilməyib. O, toyda rəqs etdiyinə görə öldürülüb".