Hamiləliyini sonlandırmaq istəyən 24 yaşlı qadın xəstəxanada öldü - Foto

Hamiləliyini sonlandırmaq istəyən 24 yaşlı qadın xəstəxanada öldü - Foto
SOSİAL
12:30 21.08.2026
319
Bakıda 24 yaşlı hamilə qadın dünyasını dəyişib.

AZXEBER.COM "Bakupost”a istinadən xəbər verir ki, hadisə Sabunçu Tibb Mərkəzində baş verib.

Belə ki, Tovuz rayon sakini Lalə Quliyevanın 5 aylıq hamiləliyi zamanı bətnindəki dölün qüsurlu olduğu müəyyən edilib. Bundan sonra qadın abort etdirmək qərarına gəlib.

Məlumata görə, abortdan sonra qadında güclü qanaxma baş verib və o həyatını itirib.

Qeyd olunub ki, bu, Lalə Quliyevanın ikinci hamiləliyi olub.
 

OXŞAR XƏBƏRLƏR