Hamının axtardığı 17 yaşlı oğlan tapıldı - YENİLƏNİB - FOTO

Hamının axtardığı 17 yaşlı oğlan tapıldı -  YENİLƏNİB - FOTO
16:50 18.02.2013
4096

16:46

İtkin düşən məktəbli Sumqayıtda tapılıb.

Abşeron rayonunun Sulutəpə qəsəbəsində itkin düşən Anar Qurban oğlu Həsənov tapılıb. Bu barədə Abşeron rayon Polis İdarəsinin 40-cı polis bölməsindən ANS PRESS-ə məlumat verilib. Verilən məlumata görə, 17 yaşlı Anar Həsənov evdən 110 manat pul götürüb və Sumqayıt şəhərinə gedib. Orada özünə şalvar və digər əşyalar alıb. Daha sonra pulunun qalan hissəsini digər şeylərə xərcləyib. Sonra isə oğlan evə getməyib və yaxın tanışlarının evində qalıb. Xatırladaq ki, 1996-cı il təvəllüdlü Anar Qurban oğlu Həsənov fevralın 16-da, saat 11:00 radələrində evdən müəllim yanına hazırlıq adı ilə çıxıb və itkin düşmüşdü. Bu barədə oğlanın atası Qurban Həsənov fevralın 17-də 40-cı polis bölməsinə əraizə ilə müraciət edib. Dərhal axtarış-əməliyyat tədbirlərinə başlanıb.

12:10

Bakının Binəqədi rayonu ərazisində övladını müəllim yanına hazırlığa yola salan valideyn 3 gündür onun yolunu gözləyir.

İtkin düşən məktəblinin yaxınlarının AZXEBER.COM-a göndərdikləri məlumata görə, Sulutəpə ərazisində yaşayan11-ci sinif şagirdi Anar Həsənov3 gündü evə gəlmir.

İtkin düşən şəxsin ailəsi onun hazırlığa getdiyini və bir daha geri qayıtmadığını söyləyib.

Məsələylə bağlı artıq rayon polis şöbəsində axtarışlar başlayıb.

İtkin düşən şəxsi görənlərin 070538 48 37 nömrəsinə zəng edib məlumat verməsi xahiş olunur.

OXŞAR XƏBƏRLƏR