Hamının səbrsizliklə gözlədiyi "İphone 15" gözləntiləri doğrultmadı - SƏBƏB

MARAQLI
14:08 17.08.2023
463
"Apple"nin yaxın zamanda satışa çıxaracağı iPhone 15 Pro cihazının yeni görüntüləri yayılıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, əlaqədar şəkillər texnologiya dünyasını məyus edib.
 
Buna səbəb yeni modelin cari məhsulla tam eyni dizayna malik olmasıdır.

iPhone 15 Pro dizayn kəmiyyətlərinə görə əvvəlki seriyaya çox bənzəsə də, bəzi fərqlər var. Məsələn, cihaza əlavə edilən yeni titan ərintisi gövdəsi, daha əvvəl istifadə edilən paslanmayan poladdan daha yüngül bir quruluşa sahib olduğu üçün son dərəcə rahat bir performans təqdim edir.

Artıq açıq şəkildə bilindiyi kimi "Apple" telefon modellərində ənənəvi "Lightning" portu yerinə yeni nəsil "USB-C" portundan istifadə etməyə başlayıb.
 
Cihazın bu texniki detalı onu köhnə nəsil modeldən fərqləndirən xüsusiyyətlər sırasındadır.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR