Tom Klensinin yazılarının ən sevimli mövzusu soyuq müharibə olub
Tanınmış Amerika yazarı, siyasi detektivlərin müəllifi Tom Klensi dünyasını dəyişi. O, 66 yaşında Merilend ştatının Baltimor şəhərində xəstəxanada keçinib.
Tom Klensinin yazılarının ən sevimli mövzusu SSRİ ilə ABŞ arasındakı soyuq müharibə olub. İlk romanı "Qırmızı oktyabr uğrunda ov" 1984-cü ildə çap olunub və müəllifə məşhurluq gətirib. Onun romanları içində "Kreml kardinalı", "Patriotların oyunu" və s. məşhurdur. Əsərlərin baş qəhrəmanı MKİ agenti Cek Rayandır. Klensinin əsərləri əsasında filmlər çəkilib və onu dünyada tanıdıb. (anspress)