Məşhur aktrisa Hande Erçel ilə sevgilisi Hakan Sabancı arasındakı soyuq münasibətlər maqazin gündəminin diqqətindən kənar qalmayıb.
AZXEBER.COM xəbər verir ki, aktrisanın təkbaşına Paris moda həftəsinə qatılması ikili arasında ayrılıq dedi-qodularına səbəb olub.
İddiaların ardından Erçeldən yeni açıqlama gecikməyib.
Paris Moda həftəsindən qayıdarkən İstanbul hava limanında kameralara tuş gələn aktrisa sevgilisi Hakan Sabancının yanında olmaması ilə bağlı bunları deyib:
"İşə getdiyim üçün Hakan yanımda deyildi. O, adətən iş səyahətlərimdə mənimlə gəlmir, daha çox bayramlarda bir yerdə oluruq".
Aysel