Türkiyəli məşhur aktrisa Hande Erçel siması olduğu brendin reklamı üçün imicini dəyişib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, sarı küt və uzun saç düzümündən eyni vaxtda istifadə edən aktrisa yeni imici ilə izləyicilərini təəccübləndirib.
Hande Erçel 30 milyon izləyicisi olan instaqram hesabından yeni şəkli ilə çəkdirdiyi pozaları paylaşıb. Hər paylaşımı ilə bəyənmə toplayan məşhur aktrisa yeni imici ilə də bəyənilib. Onun pərəstişkarları Erçel haqqında tərifli fikirlər səsləndiriblər.
Onun son görüntüsünü təqdim edirik:
Ayşən