Hande Erçeldən haqqında çıxan xəbərlərə reaksiya

Hande Erçeldən haqqında çıxan xəbərlərə reaksiya
SOSİAL
17:01 25.03.2026
162

Xəbər verdiyimiz kimi, ötən gün Türkiyədə aparılan narkotiklə bağlı əməliyyatlar zamanı daha 7 məşhur saxlanılıb. Onlar arasında yer alan aktrisa Hande Erçel isə xaricdə olduğu üçün nəzarətə alına bilməyib.

AZXEBER.COM-un məlumatına görə, məsələ ilə bağlı Hande açıqlama yayıb. O bildirib ki, hazırda təhsili ilə bağlı xaricdədir:
"Təhsillə əlaqədar bir aya yaxındır xaricdəyəm. Dünən axşam sizin kimi mətbuatdan öyrəndim. Mən də ölkəmi sevən, hökumətimə və türk ədalətinə güvənən biriyəm. Ölkəmə qayıdıb ifadəmi verəcəyəm".
 
Qeyd edək ki, ötən gün saxlanılanlar arasında iş adamı Hakan Sabancı, Kərim Sabancı, Burak Elmas, model Didem Soydan, aktrisa və aparıcı Güzide Duran, "Beşiktaş"ın keçmiş rəhbəri Fikret Orman yer alıb.
axşam.az

OXŞAR XƏBƏRLƏR