Hande Harmancı: COVID-19 hələ də mövcuddur

Hande Harmancı: COVID-19 hələ də mövcuddur
SOSİAL
11:11 15.07.2025
214
COVID-19 artıq əvvəlki kimi təsirli olmasa da, hələ də mövcuddur.

Bunu APA-nın sualına cavab olaraq, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

O bildirib ki, COVID tam olaraq bitməyib və gələcəkdə də həyatımızda olmağa davam edəcək: "Buna görə də diqqətli olmaq və qoruyucu tədbirlərə riayət etmək lazımdır”.

Hande Harmancı qeyd edib ki, qrip virusları həyatımızın bir parçasıdır və hər il xüsusilə 65 yaşdan yuxarı insanlar üçün peyvəndlə bağlı tövsiyələr verilir.
OXŞAR XƏBƏRLƏR