İranın paytaxtı Tehranda HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən sonra HƏMAS-ın cavab planı üzə çıxıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, plana görə, HƏMAS-ın xarici ölkələrdə israilliləri hədəf alacağı iddia edilir.
İsrail mediası Kanal 12-yə danışan və kimliklərinin gizli saxlanılmasını tələb edən Fələstin rəsmiləri bu əməliyyatla bağlı qərarın sui-qəsddən iki gün sonra verildiyini iddia edib.
Mənbələr hesab edir ki, Qəzza zolağından İsrailə birbaşa hücum etmək imkanları azaldığından qrup strategiyasını dəyişib.
HƏMAS-ın İsrail vətəndaşlarını, yoxsa məmurlarını hədəf alacağı hələ də bəlli deyil.
İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Daniel Hacari ordunun Haniyənin öldürüldüyü gün bölgəyə hava hücumu təşkil etmədiyini iddia edib.
ABŞ-nin New York Times (NYT) qəzeti sui-qəsdin Haniyənin qaldığı otaqlara yerləşdirilən partlayıcılarla təşkil edildiyini güman edib.
Lakin HƏMAS bu iddiaları rədd edərək Haniyənin raket və ya güllə ilə öldürüldüyünü açıqlayıb.
Mikayıl