Hannes Halldorsson: “Gent” “Qarabağ”dan çəkinsə, yaxşı olar”

Hannes Halldorsson: “Gent” “Qarabağ”dan çəkinsə, yaxşı olar”
İDMAN
19:11 17.01.2023
457
"Gent” UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Qarabağ”dan çəkinsə yaxşı olar”.

Bunu "Report”a açıqlamasında "Qarabağ”ın sabiq futbolçusu Hannes Halldorsson deyib.

39 yaşlı keçmiş qapıçı 2018/2019 mövsümündə formasını geyindiyi Azərbaycan təmsilçisinin avrokuboklardakı şanslarını dəyərləndirib. O, Ağdam klubunun mərhələ adlamaq ehtimalını yüksək qiymətləndirib: "Avrokubokların bu mərhələsində zəif komanda olmur. "Qarabağ”ı da yaxından tanıyan biri kimi deyə bilərəm ki, onlar "Gent”ə ciddi müqavimət göstərəcəklər. Belçika təmsilçisi rəqibinə yuxarıdan aşağı baxsa, turniri tərk etməklə cəzalandırıla bilər”.

İslandiya millisinin keçmiş kapitanı onun dönəmində "Qarabağ”da ehtiyat qapıçı olan Şahruddin Məhəmmədəliyevin ünvanına xoş fikirlər səsləndirib: "Futbolda qapıçı ən riskli mövqedir. Bir səhvin səni antiqəhrəman, bir qurtarışın isə qəhrəman edə bilər. Şahruddin Məhəmmədəliyev də "Qarabağ” üçün önəmli fiqurdur. Mən orada olanda da məşqlərdə çox çalışırdı. Bu fədakarlığı sayəsində hazırda bir nömrəli qolkiperdir. Ona dəstək vermək lazımdır”.

Qeyd edək ki, "Qarabağ”la "Gent” arasında ilk oyun fevralın 16-da Bakıda, cavab görüşü isə 23-də Gentdə baş tutacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Çili sahillərində 7,4 maqnitudalı zəlzələ baş verib
18:16 02.05.2025
Çili sahillərində 7,4 maqnitudalı zəlzələ baş verib
Xocalıda 17 yaşlı oğlanın əlində qumbara partladı - Barmaqlarını itirdi
18:01 02.05.2025
Xocalıda 17 yaşlı oğlanın əlində qumbara partladı - Barmaqlarını itirdi
6 aprel imtahanlarının nəticələri - Ən yüksək balı o topladı
17:46 02.05.2025
6 aprel imtahanlarının nəticələri - Ən yüksək balı o topladı
Orxan Məmmədov: İnformasiya təhlükəsizliyi dövlət təhlükəsizliyinin vacib hissəsidir
17:26 02.05.2025
Orxan Məmmədov: İnformasiya təhlükəsizliyi dövlət təhlükəsizliyinin vacib hissəsidir
"Global Media Group"un informasiya resurslarına hücum edənlərin bəziləri ölkədəki hotellərdə olublar
17:02 02.05.2025
"Global Media Group"un informasiya resurslarına hücum edənlərin bəziləri ölkədəki hotellərdə olublar
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
17:00 02.05.2025
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
Pir Həsən ziyarətgahının təmiri üçün 550 min manat ayrılıb - SƏRƏNCAM
16:54 02.05.2025
Pir Həsən ziyarətgahının təmiri üçün 550 min manat ayrılıb - SƏRƏNCAM
Anar Yusub konsert verəcək - VİDEO
16:50 02.05.2025
Anar Yusub konsert verəcək - VİDEO
Elşad Hacıyev: Bank kartlarından oğurluğun qarşısının alınması hər bir şəxsin özündən asılıdır
16:33 02.05.2025
Elşad Hacıyev: Bank kartlarından oğurluğun qarşısının alınması hər bir şəxsin özündən asılıdır
Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
16:19 02.05.2025
Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
Komissiya sədri: "Global Media Group"a məxsus media resurslarına kiberhücum Rusiyadan qaynaqlanıb"
16:13 02.05.2025
Komissiya sədri: "Global Media Group"a məxsus media resurslarına kiberhücum Rusiyadan qaynaqlanıb"
Avropa İttifaqı "TikTok"u 530 milyon avro cərimələdi
16:07 02.05.2025
Avropa İttifaqı "TikTok"u 530 milyon avro cərimələdi
AZAL sərnişinlərinə xidmət siniflərini daha sərfəli yüksəltmək imkanı təqdim edir
15:54 02.05.2025
AZAL sərnişinlərinə xidmət siniflərini daha sərfəli yüksəltmək imkanı təqdim edir
Unibank ADA və UNEC tələbələri üçün dayanıqlı maliyyə seminarları təşkil edib - FOTOLAR
15:52 02.05.2025
Unibank ADA və UNEC tələbələri üçün dayanıqlı maliyyə seminarları təşkil edib - FOTOLAR
Balidə rusiyalı məşqçinin cəsədi tapıldı
15:48 02.05.2025
Balidə rusiyalı məşqçinin cəsədi tapıldı
DSX Xəzərdə əməliyyat keçirdi - Bir nəfər zərərsizləşdirilib
15:45 02.05.2025
DSX Xəzərdə əməliyyat keçirdi - Bir nəfər zərərsizləşdirilib