AZXEBER.COM Xəzər TV-yə istinadən xəbər verir ki, yalnız həmin əmlak olmadıqda və ya cəriməni tam ödəməyə kifayət etmədikdə tutulmalar əmək haqqına və ya digər qazanca tətbiq olunurdu.
Praktikada isə bu mexanizm ciddi problemlər yaradırdı. Nisbətən kiçik məbləğli cərimələrə görə yüksək dəyərli əmlaka həbs qoyulması, uzunmüddətli hərrac prosesləri və əlavə xərclər həm icra prosesini ləngidir, həm də narazılıqlara səbəb olurdu.
Təklif olunan dəyişikliklər qəbul ediləcəyi təqdirdə, satış halları minimuma endiriləcək, icra prosesləri isə daha operativ aparılacaq.










































