Hansı nazirliklər vətəndaşı binaya şortla buraxır?

SOSİAL
16:47 22.09.2020
382
Bir neçə gün öncə sürücülük vəsiqəsi almaq üçün imtahana şortla gedən kişinin binaya buraxılmaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Texnobloqer Fərid Pərdəşünas "facebook”da yaydığı məlumata görə, sürücülük vəsiqəsi imtahanı üçün Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) qeydiyyat və imtahan binasına şort geyindiyinə görə buraxılmayıb. Belə ki, sosial şəbəkədə vətəndaşın dövlət qurumunun binasına şortla gedib-getməməsi ilə bağlı məsələ müzakirələrə yol açıb. Bəziləri vətəndaşların dövlət qurumlarının binalarına şortla getməsini qınasalar da, bəziləri vətəndaşların geyiminə görə binaya buraxmayanları tənqid edib.

AZXEBER.COM xəbər verir ki, "Report”un əməkdaşı mövzunun aktuallığını nəzərə alaraq bir neçə dövlət qurumuna müraciət edərək onlardan şortla binaya daxil olmasına münasibət öyrənib.

Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə "Report”a bildirib ki, quruma gələn vətəndaşların şort geyinib-geyinməməsi ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur:

"Doğrudur, hazırda vətəndaşların qəbulu dayandırılıb. Amma ümumilikdə qəbula gələn vətəndaşların şort geyinib-geyinməməsi ilə bağlı heç qadağa nəzərdə tutulmayıb”.

Təhsil Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov "Report”a bildirib ki, qurumun işçilərinin korporativ geyim formaları mövcuddur:

"Həmin geyim formasına da əməl edilir. Bu, Təhsil Nazirliyinin kommunikasiya planında bütün əməkdaşlar üçün göstərilən qaydadır və onlar da buna əməl edirlər. Xanımların və kişilərin öz geyim formaları var və bundan kənara çıxılmamalıdır. Əgər kənara çıxılarsa, bununla bağlı qaydalar xatırladılır və xahiş olunur ki, qaydalara əməl etsinlər. Vətəndaşların qəbulu zamanı isə biz onların geyim formasına irad tuta bilmərik. Onların qəbula hansı geyimdə gəlməsi öz şəxsi işləridir”.

Təhsil Nazirliyindən həmçinin bildirilib ki, ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, nazirlikdə Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il sentyabrın 30-dək fəaliyyətini dayandırıb. Pandemiyadan əvvəl isə dövlət qurumuna daxil olarkən vətəndaşlardan hər hansı geyim şərti tələb olunmayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov "Report”a deyib ki, onun təmsil etdiyi qurumda vətəndaş qəbulu zamanı elə bir məhdudiyyət nəzərdə tutulmayıb:

"Vətəndaş özünü rahat hiss etdiyi geyimdə yaxınlaşıb gələ bilər. Təbii ki, indiyədək bizim qəbullara şortla gələn olmayıb. Amma gəlsə belə, bununla bağlı qadağa yoxdur. Çünki qanunvericilikdə də bununla bağlı hər hansı tələb yoxdur. Təbii ki, tövsiyə xarakterli ola bilər ki, vətəndaş nazirliyə gələrkən müəyyən qədər səliqəli və uyğun geyimdə gəlsin. Amma indiyə qədər vətəndaşların qəbulu zamanı geyimlə bağlı problem yaşanmayıb. Bizim bərpa mərkəzlərimiz var, orada əlilliyi olan şəxslər 18 yaşınadək sağlamlıq imkanları məhdud olan şəxslər və yaxud digər yetkin insanlar o mərkəzlərin xidmətlərindən istifadə edirlər. Onların arasında şortla gələnlər də var”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:56 30.10.2020

Düşmənin növbəti “Osa” ZRK-sı məhv edilib - VİDEO

22:39 30.10.2020

Baş prokuror Kamran Əliyev “Haber Global”da ermənilərin mülki əhalimizə qarşı cinayətlərindən danışıb - VİDEO

22:20 30.10.2020

Kamran Əliyev: “Ermənilərin bizim mülki əhaliyə hücumları Ordumuzun uğurları ilə əlaqədardır”

22:18 30.10.2020

İzmirdə zəlzələdə ölənlərin sayı 12-yə, yaralıların sayı 438-ə çatıb

21:54 30.10.2020

Hikmət Hacıyev: "Dualarımız qardaş Türkiyə ilə birlikdədir"

21:48 30.10.2020

Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb

21:36 30.10.2020

Baş Prokuror: “Azərbaycan hökuməti mülki şəxslər arasında itkilərin olmaması üçün əlindən gələni edir”

21:27 30.10.2020

Cəbrayıldan yeni - Fotolar

21:19 30.10.2020

Mehriban Əliyeva: “Türkiyə xalqının kədəri bizim kədərimizdir”

20:59 30.10.2020

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi

20:51 30.10.2020

Koronavirusa yoluxan Koçaryanın Moskva səfəri alınmadı

20:46 30.10.2020

Azərbaycan Prezidenti Məsud Yılmazın vəfatı ilə bağlı başsağlığı verib

20:27 30.10.2020

Ermənilər Tərtərin kəndinə “Smerç” raketi atıb

20:22 30.10.2020

Azərbaycan Ordusu düşməni dəqiq zərbələrlə məhv edib - VİDEO

20:18 30.10.2020

İlham Əliyev: "Zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılması üçün hər cür yardım göstərməyə hazırıq"

20:02 30.10.2020

Anar Eyvazov: "Cəbhənin bütün istiqamətlərində vəziyyət nəzarətimiz altındadır"